Fransa Şərqi Qüdsün Qədim şəhər məhəlləsində yaranmış gərgin vəziyyəti dərin narahatlıqla izləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fransanın Qüdsdəki konsulluğunun ermənilərlə polis qüvvələri arasında baş vermiş qarşıdurma ilə bağlı məlumatında deyilir.
“Fransa israilli köçkünlərin əhaliyə təzyiq etdiyi Qədim şəhərin erməni məhəlləsində davam edən gərginliyi dərin narahatlıqla izləyir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün erməni icmasının nümayəndələri ilə polis qüvvələri arasında növbəti qarşıdurma baş verib. Dörd erməni polis tərəfindən saxlanılıb, bir müddət sonra onlar sərbəst buraxılıb.