Zurabişvili hökumətdən icazəsiz xaricə səfərlərini davam etdirəcəyini bəyan edib

Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətdən icazəsiz xaricə səfərlərini davam etdirəcəyini bəyan edib.


APA xəbər verir ki, Zurabişvili bu barədə Fransanın “Le Monde” nəşrinə müsahibəsində bildirib. O, hökumətin ona qarşı təhdidlərinin davamlı olduğunu vurğulayıb. Əlavə edib ki, hakim “Gürcü Arzusu” partiyasının ona qarşı başlatdığı impiçment işi artıq bağlanıb, lakin hökumət indi başqa bir ittihamla çıxış edə bilər.


Salome Zurabişvili “Gürcü Arzusu”nun ona qarşı impiçment prosesini sabiq baş nazir, milyarder Bidzina İvanişvilinin icazəsi olmadan başlatmasının mümkün olmadığını bildirib. Əlavə edib ki, “Gürcü arzusu”nun bu məsələdə uğur qazanmasının ölkənin Avropa yolu baxımından son dərəcə mənfi nəticələri ola bilərdi.


Salome Zurabişvili 2018-ci ildə Prezident seçilməsində Bidzina İvanişvilinin dəstəyinin böyük rol oynadığını, lakin indi İvanişvilinin “əlində” olmadığı üçün ittihamlara məruz qaldığını deyib.


“Aydındır ki, hakim partiyanın dəstəyi olmadan müstəqil namizəd kimi mənim seçilmək üçün rıçaqlarım yox idi. O, ehtimal ki, məni “Gürcü Arzusu”nun liderləri kimi onun əllərində olmadığım üçün ittiham edir”.


Zurabişvili Bidzina İvanişvili ilə 2-3 ildir ki, heç bir əlaqə saxlamadığını, söhbətlərinin isə yalnız xarici siyasətlə bağlı olduğunu deyib.


“Mən Avropa səfərimdən qayıtdığım zaman nə etməli olduqlarımızla bağlı fikirlərimi onunla bölüşmək üçün gəldim. Bu (ünsiyyət) dialoqdan daha çox monoloq idi. Heç kim onun nə düşündüyünü bilmir”, - Zurabişvili deyib






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.