İsrail və HƏMAS arasında 3 günlük atəşkəs barədə razılıq əldə olunub.
Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
İsrail, həmçinin, razılaşmanın bir hissəsi olaraq BMT-nin nəzarəti altında Qəzza zolağına məhdud miqdarda yanacağın daxil olmasına razılıq verib.
HƏMAS isə 50 israilli mülki girovu, o cümlədən uşaqları İsrail həbsxanalarında məhbus olan 50 qadın və uşağın müqabilində azadlığa buraxmağa razılaşıb.
Mənbələr əlavə edib ki, razılaşmanı qəbul etmək üçün ABŞ İsrailə təzyiq edib.