İsrail ordusu Qəzzadakı “Əl-Şifa” xəstəxanasının təxliyəsini tələb edib.
Bu barədə “Al Jazeera“ öz mənbələrinə istinadən məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) Qəzza zolağının ən böyük xəstəxanası olan “Əl-Şifa” səhiyyə müəssisəsində olanların 1 saat ərzində ərazini boşaltmasını tələb edib.
Xəstəxanada İsrail ordusunun hücumu zamanı yaralananlar, xəstələr və məcburi köçkünlər var.
Həmçinin əlavə olunub ki, xəstəxana daxilində qapalı vəziyyətdə qalan hər kəs su, qida və dərman əldə etməkdən məhrum olduğu üçün ölüm təhlükəsi ilə üz-üzədir.