Bazar günü İstanbulda sürəti saatda 110 kilometrə çatan qasırğa proqnozlaşdırılır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İstanbulun qubernatoru Davud Gül deyib.
"İstanbulda yağıntılar bazar günü də davam edəcək. Külək şəhərin şimal və şimal-qərb hissələrində güclənəcək, sürəti saatda 90-110 kilometrə çatan qasırğa gözlənilir", - o qeyd edib.
İstanbulun meri Əkrəm İmamoğlu bildirib ki, əlverişsiz hava şəraitinin yaratdığı fövqəladə vəziyyətlə bağlı şəhər rəhbərliyi lazımi tədbirlər görüb.