Noyabrın 19-da təxminən 900-dək yaralı lazımi tibbi yardım göstərilməsi üçün Qəzza zolağından çıxarılacaq. Söhbət İsrailin Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində yaralanan qadın və uşaqlardan gedir.
Senzor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, anklavdan təxliyə edilənlər əvvəlcə Misirə aparılacaq, sonra Türkiyəyə göndəriləcək və orada müalicə olunacaqlar.
Qeyd edək ki, noyabrın 18-də Türkiyə Xarici İşlər Nazirliyi də Qəzza sakinlərinin yeni qrupunun müalicə üçün ölkəyə gətirilməsi istiqamətində işlərin aparıldığını bildirib. Ötən günlərdə anklavdan 27 xərçəng xəstəsi və onları müşayiət edən 13 nəfər Türkiyəyə gətirilib.