Bu, təkcə İsrail və HƏMAS arasında müharibə deyil. İsrail bütün sivil dünya üçün döyüşür. Biz bu şərə qarşı durmaqda qərarlıyıq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrail Prezidenti İshaq Hersoq dünyadakı yəhudi icmalarına müraciətində deyib.
“Kütləvi qırğınlardan sonra biz bütün dünyada antisemitizmdə dəhşətli artım gördük. Bu fakt antisemitizm və anti-İsrail əhval-ruhiyyəsi arasında sıx əlaqəni ortaya qoydu”, - o bildirib.
Hersoq “ən yaxşıya” ümid etdiyini də vurğulayıb: “Bacılar və qardaşlar, Qüdsdəki pəncərəmdən, heç nəyə baxmayaraq, çiçəklənən İsrail görürəm. Mən danışdığım müddətdə oğul və qızlarımız ön cəbhədə hərbi formada bizi qorumaq üçün döyüşür. Bütün israillilər bir-birinə diqqətəlayiq qayğı göstərir. Dünyadakı yəhudi icmaları görünməmiş enerji ilə səfərbər olurlar. Mən dünyanın hər yerindən dəstək və həmrəylik təklifləri alıram”.