Ukraynada səfərdə olan ABŞ müdafiə naziri Lloyd Ostin Prezident Vladimir Zelenski ilə görüşüb.
Bu barədə ABŞ müdafiə nazirinin "X" hesabında məlumat verilib.
"ABŞ-ın Ukraynaya davamlı dəstəyini bir daha təsdiqləmək üçün bu gün Kiyevdə prezident Zelenski ilə görüşməkdən şərəf duydum. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın döyüş meydanında təcili ehtiyaclarını və uzunmüddətli müdafiə tələblərini dəstəkləməyə davam edəcəyik", - o bildirib.
**11:41
Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə səfər edib.
Bu barədə “ABC News” telekanalı məlumat yayıb.
ABŞ müdafiə nazirinin Ukraynaya gözlənilməz səfəri təhlükəsizlik məsələləri səbəbindən əvvəldən elan olunmayıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə qədər, bu, amerikalı nazirin Ukraynaya ikinci səfəridir.