Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, onu devirmək üçün bu ilin sonunda “Maydan-3” əməliyyatı baş tutmalıdır.
Publika.az xəbər verir ki, Zelenski bu barədə “The Sun” qəzetinə müsahibəsində deyib.
Zelenski aydınlaşdırıb ki, guya bu əməliyyatı Rusiya xüsusi xidmət orqanları hazırlayırlar. O, ölkədə “Maydan-3”ün keçiriləcəyi ilə bağlı məlumatı Ukrayna kəşfiyyatından və digər tərəfdaşlarından alıb.
“Əməliyyat 2023-cü ilin sonuna qədər aparılmalıdır. Planın təfərrüatları bu anda müəyyən hadisələrdən asılı olaraq dəyişə bilər. Əsas məqsədin mənim fiziki olaraq aradan götürülməyimdir”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, bu əməliyyatda istənilən mövcud vasitələrdən istifadə olunacaq.