ABŞ dövlət katibi Antoni Blinken gələn həftənin əvvəlində İsrailə səfər edəcək.
“Al Arabiya”ya istinadən xəbər verir ki, səfərin məqsədi Qəzzada davam edən döyüşlərlə bağlı danışıqlar aparmaqdır.
Xatırladaq ki, A.Blinken İsraildə sonuncu dəfə noyabrın 3-də olub.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb.