Rusiya Prezidenti Vladimir Putin cümə axşamı Minskə gedəcək və burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak edəcək.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, gündəliyə KTMT üzvləri arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, eləcə də aktual beynəlxalq və regional problemlər daxil ediləcək.