“Cəbhədə vəziyyət ağırdır”.
Bunu Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı Teleqramda yazıb.
O bildirib ki, vəziyyət mürəkkəbdir, amma idarəolunandır: “Mən Ramşteyn formatında keçirilən görüşdə tərəfdaşlarımızı döyüş meydanındakı vəziyyətlə bağlı ətraflı məlumatlandırdım”.
Qeyd edək ki, Ramşteyn formatında görüş noyabrın 22-də videokonfrans vasitəsilə baş tutub.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.(“Report”)