İsrail və Almaniya təxminən 3,6 milyard ABŞ dolları dəyərində olan “Arrow 3” hava hücumundan müdafiə (HHM) sisteminin satışına dair müqavilə imzalayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə Nazirliyinin baş direktoru, istefada olan general-mayor Eyal Zamir bu gün Almaniyaya “Arrow 3” kompleksinin satışı üzrə 13 milyard şekel (təxminən 3,6 milyard ABŞ dolları) dəyərində olan müqavilə imzalayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Almaniya və İsrail “Arrow 3” hava hücumundan müdafiə sisteminin satışının mümkünlüyünü 2023-cü ilin aprelindən müzakirə etməyə başlamışdı.