İsrail ordusu sakinləri Qəzzanın şimal hissəsinə qayıtmamağa çağırıb

İsrail ordusu qəzzalıları anklavın şimal hissəsinə qayıtmamağa çağırıb.


“The Times of İsrael” nəşri xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.


İDF həmçinin, dörd günlük humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Qəzza zolağının şimal hissəsinin müharibə zonası olaraq qalması ilə bağlı xəbərdarlıq edib və bu barədə havadan vərəqələr atılıb.


Qeyd edək ki, Fələstin rəsmiləri atəşkəs başlayan kimi Qəzzadan köçənlərin evlərinə qayıtmasına çağırış edib.


Xatırladaq ki, dünən səhər saatlarından etibarən İsrail və HƏMAS arasında 4 günlük humanitar atəşkəs qüvvəyə minib.


HƏMAS-la İsrail 50 israilli girov və İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşağın azad edilməsi şərtləri daxilində Qəzza zolağında dörd günlük atəşkəsə razılaşıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.