Rusiya Federasiyası-Gürcüstan yolu bağlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar “Yuxarı Lars”dan Rusiyaya keçən yolun noyabrın 24-ü saat 17:20-dən növbəti xəbərdarlığa qədər bütün növ avtomobillər üçün bağlandığı bildirilib.
Qeyd olunub ki, məlum tədbir Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, nəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsi, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınmaqla həyata keçirilib.
Xatırladaq ki, “Yuxarı Lars”-Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yoludur.