Ötən gün axşam saatlarından etibarən Türkiyə ərazisini bürüyən fırtına ciddi fəsadlara səbəb olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, güclü külək və şiddətli yağış İstanbul, İzmir və Ankara kimi şəhərlərdə həyatı çətinləşdirib.
İstanbulda külək evlərin damlarını uçurub.
Ankarada yerindən qopan ağaclar avtomobillərin üzərinə aşıb.
İzmirdə isə leysan yağışdan sonra dənizin daşması nəticəsində yolları su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su altında qalıb.