Fransada ictimai-siyasi vəziyyət yenə gərginləşdi - FOTO

Fransanın Roman-syu-İzer şəhərində kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları polis idarəsinin qarşısına toplaşaraq “Polis özbaşınalığına son” şüarı səsləndirirlər.

 

Senzor.az bildirir ki, ötən gecə şəhərin cənub hissəsində gənclər arasında baş verən mübahisə zamanı bir nəfər öldürülüb. Hadisə yerinə gələn polis 20 nəfəri həbs edib. Aksiya iştirakçıları bildirirlər ki, həbs olunanların baş verən cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur.

 

Gecə və bu gün səhərdən meydana çıxan aksiyaçıları Fransanın sağ təmayüllü siyasi hərəkatları da dəstəkləyib. Bu hərəkatın nümayəndələri bildiriblər ki, Fransa polisi son illərdə özbaşınalıq nümayiş etdirir. Obyektiv araşdırma aparmaq əvəzinə qanunsuz həbslər həyata keçirir ki, bu da demokratik prinsiplərə və insan hüquqlarına ziddir.

 

Fransanın “France Bleu” radiosunun məlumatına görə, polislə qarşıdurma irqi zəmində baş verən cinayətin nəticəsidir. Son dövrlər Fransada Afrika mənşəli insanlar diskriminasiyaya məruz qalır. Polis isə hər zaman günahı afrikalı miqrantlarda görür.

 

Xatırladaq ki, ötən həftə Fransa prezidenti Emmanuel  Makron hökumətin iclasında ölkənin cənubunda təhlükəsizlik probleminin olduğunu etiraf etmişdi.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.