NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 28-29 noyabr tarixlərində Brüsseldə keçiriləcək görüşdə Ukraynanın alyansa qəbulu üçün islahatlara dair tövsiyələri razılaşdıracaqlar.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq iclasdan əvvəl keçirilən mətbuat konfransında deyib.
“Nazirlərin görüşündə biz Ukraynaya üzvlük yolunda islahatlarla bağlı tövsiyələri razılaşdıracağıq”, - o bildirib.