Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra İsrail qoşunları genişmiqyaslı əməliyyatlara başlayacaq.
“The Times of Israel” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
"Atəşkəsdən sonra ordu Qəzza zolağında HƏMAS-a qarşı mübarizəyə daha böyük güclə qayıdacaq. Əməliyyat bütün zolaqda aparılacaq", - deyə Y.Qalant vurğulayıb.
Qeyd edək ki, İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin daha iki gün uzadılması ilə bağlı razılığa gəliblər. Bu müddətdə HƏMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad etməlidir.