NATO-nun Baş katibi Yens Stoltenberq alyans ölkələrini Ukraynada hərbi əməliyyatların artmasına hazır olmağa və buna görə də Kiyevə hərbi təchizatı gücləndirməyə çağırıb.
TASS xəbər verir ki, bu barədə o, NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə bildirib.
"Biz Ukraynada şiddətli döyüşlər və bir sıra pilotsuz uçuş aparatlarına məxsus zərbələri görürük. Artan hərbi əməliyyatlara, eləcə də yeni hava və raket hücumlarına hazır olmalıyıq. Bu, NATO-ya üzv ölkələrin Kiyevə yardımı gücləndirməsini daha da vacib edir", - o bildirib.