Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl keçirilən görüşdə tərəflər Qəzzadakı son hadisələri və İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər.
**16:59
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, görüş NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi baş tutub.