Ukrayna ATƏT xarici işlər nazirlərinin iclasında iştirakdan imtina edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ATƏT-in xarici işlər nazirlərinin iclasında iştirak etməyəcək.


Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko bildirilib.


Qeyd olunub ki, Kiyev Rusiyanın mövqeyinə görə toplantını boykot edəcək.


O.Nikolenkonun sözlərinə görə, Rusiya ATƏT-i məhv edir: “Moskva şantaj və açıq təhdidlərə əl ataraq, sistematik olaraq əsas məsələlərdə konsensusa mane oldu. Estoniyanın 2024-cü ildə ATƏT-in sədrliyinə namizədliyinin qarşısının alınması da özbaşınalıq olub. Bundan əlavə, Rusiya 500 gündən çox həbsdə olan üç ukraynalı - ATƏT nümayəndələrini qanunsuz olaraq saxlayıb”.


XİN rəsmisi bildirib ki, Rusiya ATƏT-də ekzistensial böhran yaradıb, təşkilatı öz şıltaqlığının və aqressiyasının girovuna çevirib: “Bütün bunlara baxmayaraq, Rusiyanın iclasda iştirakı ATƏT-dəki böhranı daha da dərinləşdirəcək”.


Qeyd edək ki, ATƏT XİN başçılarının iclası noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.