Rusiya ordusu Ukraynanın Artemovskoe yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın Artemovskoe yaşayış məntəqəsini ələ keçirib.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Rusiya Silahlı Qüvvələri "Donetsk Xalq Respublikası"nın Artemovskoe yaşayış məntəqəsini nəzarətə götürüb.


"Rusiya Silahlı Qüvvələri Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin motoatıcı briqadasının hücumunu dəf edib. Rusiya hava hücumundan müdafiə qüvvələri Donetskin Novoolenevka qəsəbəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin hücum qruplarının üç hücumu dəf edilib. Ukrayna Silahlı Qüvvələri Donetsk istiqamətində 250-yə qədər hərbçi və 5 tank itirib" - məlumatda deyilib.


Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələri Kamenski və Rabotin yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin üç briqadasının canlı qüvvəsini darmadağın edib.


Rusiya hava kosmik Qüvvələrinin qırıcı təyyarəsi Ukrayna Silahlı Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini və Donetskdə HARM raketini ələ vurub.


Rusiya hava hücumundan müdafiə qüvvələri 24 saat ərzində Ukraynaya məxsus 11 HIMARS və Uraqan reaktiv yaylım atəşi sisteminin mərmisini vurub və 38 PUA-nı məhv edib.


Bundan əlavə, Donetskin Uqledar, Antonovka və Nikolski ərazilərində Ukrayna Silahlı Qüvvələrinin iki briqadasını darmadağın edilib, düşmən 160-a qədər hərbi qulluqçusunu və Qrad qurğusunu itirdi", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.