ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, siyasətçi noyabrın 29-da Konnektikut ştatındakı evində dünyasını dəyişib.
Xatırladaq ki, Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılmışdı.
2002-2006-cı illərdə Corc Buş bu mövqeni təkrarlamışdı.
Onu da qeyd edək ki, Kissincer 100 illik yubileyindən sonra da aktiv idi, o, Ağ Evdəki görüşlərə qatılmış, liderlik üslubları haqqında kitab nəşr etmiş və Şimali Koreyanın yaratdığı nüvə təhlükəsi ilə bağlı Senat komitəsi qarşısında ifadə vermişdi. 2023-cü ilin iyul ayında isə o, Çin Sədri Si Cinpinlə görüşmək üçün Pekinə qəfil səfər etmişdi.