Almaniya prezidenti Frank Valter Ştaynmayer Qətərdə 30 dəqiqə təyyarədə gözləmək məcburiyyətində qalıb. Buna səbəb isə onu qarşılamağa heç kimin gəlməməsi olub.
Yerli KİV xəbər verir ki, Ştaynmayerin 4 günlük Yaxın Şərq səfərinin son dayanacağı Qətər olub.
Buna səbəb kimi isə Almaniyanın Qəzza siyasətinə Qətərin reaksiyası iddia olunub. Ştaynmayerin həyat yoldaşı Elke Büdenberder və digər nümayəndə heyətinin daha əvvəl təyyarədən endiyi vurğulanıb.
Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Murayxi tərəfindən qarşılandıqdan sonra Ştaynmayerin Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Tani ilə görüşmək üçün vaxtında gəldiyi bildirilib.