ABŞ dövlət katibi Entoni Blinkenlə İsrail Prezidenti İsxaq Hersoq və Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.
Bu barədə İsrail Prezident Ofisi və Nazirlər Kabinetinin mətbuat xidmətləri məlumat yayıb.
Blinken İsrail rəsmiləri ilə görüşdən sonra bildirib ki, girovların azad edilməsinin davam edəcəyinə ümid edir.
Görüşlər zamanı həmçinin, Yerusəlim şəhərində bu gün səhər saatlarında baş vermiş terror aktı da müzakirə mövzusu olub.
**12:49
ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bildirib.
ABŞ rəsmisi səfər çərçivəsində İordan çayının qərb sahilinə getməyi və Fələstin rəsmiləri ilə görüşməyi planlaşdırır.
Həmçinin əlavə olunub ki, Blinken bütün girovların azad edilməsi və Qəzzaya humanitar yardımın çatdırılmasını sürətləndirmək üçün gələcək addımları müzakirə edəcək.