Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttinə gedib.
Bunu dövlət başçısı öz teleqram hesabında yazıb.
O, şimal-şərq cəbhəsinin Kupyansk sektoru yaxınlığındakı şəxsi heyətlə görüşüb.
Ukrayna lideri bir qrup hərbçini mükafatlandırıb və onlara uğurlar arzulayıb.
"Döyüşçülərə göstərdikləri xidmətə, dövlətimizi qoruduqlarına görə təşəkkür edirəm! Onlara qələbə arzulayıram”, - V. Zelenski bildirib.