Prezident Vladimir Zelenski Ukraynada müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
O, bu barədə "Associated Press"ə müsahibəsində bildirib.
"Bizim müharibənin yeni mərhələsi var və bu faktdır. Qış, ümumiyyətlə, müharibənin yeni mərhələsidir", - deyən Zelenski “Şahid -136” PUA-larının ölkənin enerji sektoruna son kütləvi hücumunu xatırladıb.
O, komandanlığın yayda başlayan əks-hücumdan daha çox şey gözlədiyini, lakin nəticələrin qənaətbəxş olmadığını etiraf edib.
"Biz daha sürətli nəticələr əldə etmək istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimiz nəticələrə nail olmadıq. Bu, faktdır", - Vladimir Zelenski bildirib.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin “dünyanın ikinci ordusu” ilə döyüşərkən geri çəkilmədiyinə sevinir.