Ukraynanın sabiq prezidenti Petro Poroşenkonun ölkədən çıxmasına icazə verilməyib.
UNİAN xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, əlində Rada sədrinin imzası ilə sənəd olsa da sərhəddə buraxılmayıb və xaricə beynəlxalq görüşlərə getməsinə icazə verilməyib.
"Mən sərhədçilərin öz təşəbbüsləri ilə hərəkət etdiklərini düşünmək fikrindən uzağam. Parlament sədrinin imzaladığı sənədi kimin ləğv etdiyini hər kəs özü təxmin edə bilər", - Poroşenko yazıb.
Onun sözlərinə görə, diplomatik fəaliyyətinə mane olmaq müdafiə qabiliyyətini sarsıdan anti-Ukrayna təxribatıdır.(APA)