Son bir həftə ərzində Ermənistanda ilk dəfə olaraq koronavirusun "omikron" ştammının subvariantı BA.2.86 (Pirola) aşkarlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistanda "XBB. 1.5" (Kraken),"XBB.2.3" (Acrux), "XBB.1.16" (Arctura), "XBB 1.9.1" (Hiperion), "FL.1.5.1" (Fornax) və "EG.5.1" (Eris) kimi ştammlar da qeydə alınıb.