Ermənistan istehsalı olan ilk kosmik peyk “Ayasat-1” orbitə çıxarılıb.
Senzor.az erməni mediasına istinadən bildirir ki, peyk Kaliforniyadakı “Vandenberq” Hərbi Hava Qüvvələri bazasından “Speys X” şirkətinə məxsus “Falkon-9” raketi ilə orbitə çıxarılıb.
Peyk 517 km yüksəklikdə dövr edəcək.
Qeyd edilir ki, peyk buraxılışı noyabrın 29-na nəzərdə tutulsa da, bu gün, yəni dekabrın 1-də kosmosa göndərilib.
“Ayasat-1” Bazumk Kosmik Tədqiqatlar Laboratoriyası ilə Elmi İnnovasiya və Təhsil Mərkəzinin əməkdaşlığı çərçivəsində yaradılıb.
Onu da xatırladaq ki, 2022-ci ilin mayında İspaniyanın “Satlantis” şirkəti tərəfindən Ermənistan üçün istehsal edilmiş “Armsat-1” peyki orbitə buraxılıb.