ABŞ Konqresi Kiyevə yardım üçün əlavə vəsaiti təsdiqləmədən Birləşmiş Ştatlar administrasiyası üçün Ukraynaya ehtiyac duyduğu hərbi dəstəyi təmin etmək olduqca çətin olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Bu ayın sonu yaxınlaşdıqca, ukraynalılara lazım olduğunu bildiyimiz qədər təhlükəsizlik yardımı göstərmək bizim üçün çox çətin olacaq. Hazırda narahatlığımızın əsas səbəbi budur. Ona görə də biz Konqresi əlavə vəsaitin ayrılması ilə bağlı dərhal qərar verməyə çağırırıq", - deyə C.Kirbi vurğulayıb.