Rusiya Müdafiə Nazirliyi dekabrın 2-də məlumat yayaraq, Baxmut yaxınlığında Artemovsk qəsəbəsinin ələ keçirildiyini bildirib.
Yerli KİV xəbər verir ki, nazirlik Donetsk istiqamətində qoşunların “Cənub” qruplaşmasının aviasiyanın və artilleriyanın köməyi ilə mövqeləri yaxşılaşdırdıqlarını, Artemovsk yaşayış məntəqəsinin ələ keçirildiyini bəyan edib.
Qeyd edək ki, Artemovsk Baxmut şəhəri yaxınlığındadır. Baxmut şəhəri uğrunda Rusiya və Ukrayna qoşunları arasında 2023-cü il ərzində ağır döyüşlər gedir, tərəflər şəhərin müxtəlif yerlərinə nəzarət edirlər.