Almaniyanın xarici işlər naziri Annalena Berbok Parisdəki hücumda həlak olan alman əsilli filippinli turistin ailəsinə başsağlığı verib və terrora Avropada yer olmadığını bildirib.
Berbok bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Parisdən şok xəbər aldıq. Düşüncələrim islamçıların hücumu zamanı öldürülən gənc almanın dostları və ailəsi ilədir" – deyə yazıb.
Nazir eyni zamanda zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb. "Avropada nifrət və terrora yer yoxdur" deyə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri fikirlərini yekunlaşdırıb.
**09:58
Fransanın paytaxtı Parisdə - Eyfel qülləsi yaxınlığında insident baş verib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, silahlı hücumun qurbanı turistlər olub.
Fransanın daxili işlər naziri Gerald Darmanin bildirib ki, Almaniya vətəndaşı olan bir nəfər ölüb. Daha iki turist isə yaralanıb.
Hücum edən kişinin 1997-ci il təvəllüdlü Fransa vətəndaşı olduğu, psixi pozğunluqlardan əziyyət çəkdiyi və radikal islamçılığa bağlılığı ilə tanındığı bildirilir.
Daha ətraflı videosüjetdə: