ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik yarışında iştirakını hazırkı Amerika lideri Co Baydenə qarşı “səlib yürüşü” adlandırıb.
Yerli KİV-in yazdığına görə, Respublikaçı deyib ki, onun məqsədi ölkəni Baydendən və Bayden administrasiyasındakı cinayətkarlardan azad etməkdir.
Ayova ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bəyan edib ki, Bayden ABŞ demokratiyasını müdafiə etmir, əksinə onu məhv edir.
“Onlar sizin nə dediyinizə, sosial şəbəkələrinizə, hansı avtomobili idarə etdiyinizə nəzarət etmək istəyirlər. Onlar hər şeyi dəyişdirmək istəyirlər. Bu insanlar xəstədirlər”, - Ağ Evin keçmiş sahibi vurğulayıb.
“Əgər məni Ağ Evə qaytarsanız, onların hakimiyyəti sona çatacaq. ABŞ yenidən azad ölkə olacaq”, - Tramp söz verib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.