Ukrayna ərazisinə qanadlı raket və kamikadze dronları ilə hücum edilib

Rusiya qoşunları gecə saatlarında Ukrayna ərazisinə qanadlı raketlə, həmçinin 12 hücum pilotsuz təyyarəsi ilə hücum edib. Demək olar ki, bütün hədəflər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.


“Dekabrın 3-nə keçən gecə Rusiyanın Primorsko-Axtarsk vilayətindən “Şahed” tipli 12 hücum PUA-sı və Belqorod vilayətinin hava məkanından X-59 idarəolunan təyyarə raketi ilə hücuma keçib”, - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.


Bildirilir ki, hücum PUA-ları işğal olunmuş Xerson vilayətinin ərazisindən daxil olaraq bir neçə istiqamətdə olub.


Nikolaev bölgəsində, "Cənub" hava komandanlığının məsuliyyət zonasında, “Şahed”lərin əksəriyyəti hava hücumundan müdafiə ilə məhv edilib. Qalanları Xmelnitski vilayətinin Starokonstantinov bölgəsində vurulub.


Hava Hücumundan Müdafiə Qüvvələrinin döyüş işi nəticəsində 10 ədəd “Şahed-136/131” hücum PUA-sı məhv edilib. X-59 idarə olunan raketinin hədəfinə çatmadığı da bildirilir.( AZƏRTAC)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.