İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 200-ə yaxın obyektinə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusunun quru qüvvələri Hərbi Hava Qüvvələri ilə birlikdə Qəzza zolağında fəaliyyətini davam etdirir”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, dekabrın 1-də İsrail və HƏMAS arasında atəşkəs başa çatıb. İsrail Müdafiə Ordusu bildirmişdi ki, HƏMAS atəşkəsi pozaraq İsrail ərazisinə atəş açıb. Nəticədə İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-a qarşı döyüşləri bərpa edib.