Rusiya ordusunun daha bir generalı Ukraynada həlak olub.
TASS xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün Telegram kanalında yazıb.
O, Rusiya Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadskinin Ukraynada həlak olduğunu bildirib.
“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski xüsusi əməliyyat zonasında döyüş postunda həlak olub... 2021-ci ilin avqust ayına qədər o, 4-cü tank diviziyasına komandirlik edib”, - o yazıb.
Qusev Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib, həmçinin, əlavə edib ki, zabit öz borcuna sadiq olub və sona qədər vuruşub.