İsrail təhlükəsizlik qüvvələri kütləvi həbslər aparır -
HƏMAS-la ƏLAQƏSİ OLANLAR SAXLANILIR

Son iki ayda İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqəli terror fəaliyyətlərində şübhəli bilinən 1200-dən çox insanı saxlayıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Herzi Halevi məlumat verib.

 

“Yəhudeya və Samariyadakı Mərkəzi Komandanlıqda (İsrailin İordan çayının qərb sahilinə verdiyi ad – red.) biz terrorizmə qarşı mübarizəni gücləndiririk, deməliyəm ki, indiyə qədər bunu böyük müvəffəqiyyətlə edirik. Son iki ayda 1,2 mindən çox HƏMAS yaraqlısı saxlanılıb, onların bir çoxu keçmişdə çox ciddi hücumlar həyata keçirmiş terrorçulardır və bəziləri gələcəkdə hücumlar etməyi planlaşdırırdılar”, - deyə o bildirib.

 

Halevi əlavə edib ki, İordan çayının qərb sahilində bu antiterror reydləri zamanı şübhəlilərin öldürülməsi halları da olub.

“Onlar saxlanılıb və ya öldürülüb, biz bu səyləri davam etdirmək üçün qərarlıyıq”, - deyə qərargah rəisi vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.