Avropa İttifaqının rəsmiləri Çinə səfər edib.
Bu barədə Çinin Aİ-dəki səfiri Fu Cong "X" hesabında bildirib.
Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell artıq Çinə çatıb.
Qeyd edək ki, Çinin paytaxtı Pekində 24-cü Aİ-Çin sammiti keçiriləcək. Bu, 2019-cu ildən bəri ilk Aİ-Çin sammiti olacaq.