Ukrayna Ali Radasının keçmiş deputatı, Rusiyanın Ukraynaya hücumunu dəstəkləyərək Moskvaya köçən İlya Kiva öldürülüb.
Rusiya mətbuatı xəbər verir ki, İlya Kivanın cəsədi Moskva yaxınlığındakı Suponevo kəndində yerləşən “Velich Country Club” mehmanxanasının park ərazisində tapılıb. Onun başında güllə yarası aşkarlanıb.
Ukraynanın UNIAN saytı hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrə istinadən İlya Kivanın Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində atıcı silahdan atəş açılmaqla məhv edildiyini yazıb.
UNIAN-ın həmsöhbətləri qeyd ediblər ki, “baş xain” İlya Kivanın ləğvi SBU-nun xüsusi əməliyyatıdır”.