Rusiya Prezidenti Vladimir Putin Kremldə ölkəyə işgüzar səfərə gələn İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Senzor.az Kremlin.ru-ya istinadən bildirir ki, danışıqlarda daha çox ikitərəfli məsələlər diqqət mərkəzində olub.
Görüş zamanı liderlər, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparıblar.
**13:50
“İran və Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində tikinti işlərini başa çatdırmaq istəyi Moskvada keçiriləcək danışıqlarda əsas müzakirə mövzularından birinə çevriləcək”.
İran KİV xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya yollanmazdan əvvəl deyib.
“Bu səfər zamanı iki ölkənin “Şimal-Cənub” dəhlizinin tikintisini başa çatdırmaq istəyi bu birgə iş üzrə danışıqların əsas məsələlərindən birinə çevriləcək”, - o qeyd edib.
**11:46
İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfərə yola düşüb.
Yerli KİV xəbər verir ki, Rəisi yola düşməzdən əvvəl mediaya açıqlama verib.
“Səfərin məqsədi bir sıra mövzuları, o cümlədən ikitərəfli münasibətləri, Qəzzada davam edən böhran kimi regional problemləri və beynəlxalq məsələləri müzakirə etməkdir” - İran Prezidenti deyib.