İraqın paytaxtı Bağdadın mərkəzində ciddi mühafizə olunan “Yaşıl Zonada” yerləşən ABŞ səfirliyinin ətrafı raket atəşinə tutulub.
Məlumatı “Shafaq News” agentliyi İraqın təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən yayıb.
"ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığında partlayış səsləri eşidilib, binanın içərisində həyəcan siqnalları səslənib. İlkin məlumata görə, səfirliyin ətrafına bir neçə raket atılıb”, - mənbə bildirib.
Bu hücumun arxasında kimin ola biləcəyi barədə hələ məlumat yoxdur.