Portuqaliya Prezidenti Marselu Rebelu de Souza ölkənin Baş naziri Antoniu Koştanın korrupsiya qalmaqalına görə istefa verməsindən sonra hazırkı hökumətin istefası haqqında sərəncam imzalayıb.
Bu barədə ölkə prezidentinin saytında dərc olunan sərəncamda qeyd edilib.
“Baş nazirin istefasından sonra bu gün dövlət başçısı Konstitusiyaya uyğun olaraq dekabrın 8-dən qüvvəyə minəcək hökumətin istefası haqqında sərəncam imzalayıb", - məlumatda deyilir.
Qeyd edək ki, dövlət başçısının bu qərarı noyabrın 7-də Antoniu Koştanın korrupsiya qalmaqalı fonunda istefa verdiyini elan etməsindən sonra verilib. Portuqaliya polisi onun rəsmi iqamətgahında və iki nazirlikdə axtarışlar aparıb. Bir neçə nəfərin həbs edildiyi barədə məlumat verilib. İş çərçivəsində baş nazir administrasiyasının rəhbəri Vitor Eşkaria da saxlanılıb.