Avropa İttifaqı Şurası HƏMAS-ın hərbi komandanlığının iki nümayəndəsinə sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu addım hərəkatın oktyabrın 7-də İsrailə hücumuna cavab olaraq atılıb.
Bildirilib ki, Aİ Şurası iki şəxsin Aİ-nin terrorçular siyahısına daxil edilməsinə qərar verib.
Bu şəxslər HƏMAS-ın hərbi qanadının 2002-ci ildən (“Ezzedin al-Qassam Briqadaları”) generalı olan Məhəmməd Deif və HƏMAS-ın hərbi qanadının komandir müavini Mərvan İsadır.
Sanksiyaya uyğun olaraq, bu şəxslərin Aİ-yə üzv dövlətlərindəki vəsaitləri və digər maliyyə aktivləri dondurulacaq.