ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Amerika paytaxtında görüşdə Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin qarşısının alınması və Qəzza zolağına humanitar yardımın çatdırılması istiqamətində səyləri müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dövlət Departamentinin sözçüsü Metyu Millerin adından yayımlanan yazılı açıqlamada belə deyilir.
ABŞ və Türkiyə xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərq regionunun digər bölgələrində Fələstin-İsrail münaqişəsinin genişlənməsinin qarşısının alınması, qalan girovların azad edilməsi və humanitar yardımın göstərilməsi zərurətini diqqət mərkəzində saxlanılmasının vacibliyini bildiriblər.