ABŞ Prezidenti Co Bayden yenə təəccüblü açıqlamaları ilə gündəm olub.
RT bildirir ki, bu dəfə o, özündən əvvəlki dövlət başçısı Donald Trampın uğursuz infrastruktur layihələrini tənqid edərkən çaşqınlıq yaşayıb.
Belə ki, Ağ Ev rəhbəri hakimiyyətdə olduğu dövrdəki xərcləri açıqlayarkən inanılmaz rəqəmlər sadalayıb.
“Mənimlə bir həftəlik infrastruktur əvəzinə ABŞ onillik infrastrukturla təmin olundu. Bir milyard üç yüz milyon trilyon üç yüz milyon dollardan çox", - deyə o, bildirib.
Kadrlar sosial şəbəkədə sürətlə yayılıb.