Xavyer Mileyin Argentina prezidenti vəzifəsinə başlaması ilə bağlı andiçmə mərasimi keçirilib.
Senzor.az bildirir ki, bununla bağlı yerli telekanallar məlumat yayıblar.
Mərasim Argentina Konqresinin binasında baş tutub.
Andiçmə mərasimindən sonra səlahiyyət müddəti başa çatan dövlət başçısı Alberto Fernandes Mileyə prezident lentini və hakimiyyət əsasını təqdim edib.