Polşada hökumət dəyişikliyi:
MORAVETSKİNİ TUSK ƏVƏZ ETDİ

Polşa Seyminin (parlamentin aşağı palatası) deputatları Baş nazir Mateuş Moravetskinin səkkiz illik hökumətinə etimad göstərməyiblər.

 

TASS bildirir ki, hazırda fəaliyyət göstərən hökumətin lehinə 190, əleyhinə isə 266 deputat çıxıb.

 

Qeyd edək ki, 15 oktyabrda parlament seçkilərindən sonra Moravetskinin kabineti etimad səsi ala bilmədiyinə görə yeni baş nazirin və onun kabinetinin üzvlərinin seçilməsi təşəbbüsü Seymə keçib.

 

Belə halda birləşmiş müxalifət ən böyük müxalifət qrupu olan Vətəndaş Koalisiyasının lideri Donald Tusku hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb. Onun namizədliyini parlamentdə 248 deputat dəstəkləyib, 201 millət vəkili isə əleyhinə səs verib. Beləliklə də, Donald Tusk Polşanın yeni Baş naziri seçilib.

 

Onu da xatırladaq ki, Tusk 2007-2014-cü illərdə də ölkənin baş naziri kimi fəaliyyət göstərib və sonra beş il Avropa Şurasının prezidenti olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.