Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində törədilən partlayış nəticəsində azı dörd polis həyatını itirib.
“Reuters” öz mənbəyinə istinadən bildirir ki, həmin əyalətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində isə 28 nəfər yaralanıb.
Terror aktlarına görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması öz üzərinə götürüb.